Azərbaycanın həndbol millisinin İslamiadadakı oyunlarının vaxtı müəyyənləşib

12 Noyabr 2025 11:07 (UTC+04:00)

Azərbaycanın qadınlardan ibarət həndbol millisinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarındakı matçlarının vaxtı müəyyənləşib. Bu barədə SİA-ya Azərbaycan Həndbol Federasiyasından məlumat verilib.

B qrupunda yer alan kollektiv ilk oyununu noyabrın 13-də Qətər yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Milli noyabrın 15-də Özbəkistanla üz-üzə gələcək. Bu görüş eyni vaxtda start götürəcək.

Son qarşılaşma isə noyabrın 17-də, saat 15:00-da Qazaxıstan millisi ilə oynanılacaq. Bütün matçlar "Green Hall" Olimpiya Kompleksində baş tutacaq.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.