Sumqayıtda 600 abonentin qazı kəsiləcək

12 Noyabr 2025 11:03 (UTC+04:00)

Sumqayıt şəhərində 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq. "Azəriqaz" İB Sumqayıt QİS-dən SİA-nın yerli bürosuna verilən məlumata görə, mövcud qaz sayğaclarının yeni xətt üzərinə köçürülməsi ilə əlaqədar noyabrın 12-də saat 12:00-dan etibarən Sumqayıt şəhərinin Corat qəsəbəsindəki "dörd yol" adlanan ərazidə 600 abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.