İslamiada: Azərbaycan 29 medalla yeddinci pillədə qərarlaşdı

12 Noyabr 2025 08:11 (UTC+04:00)

Azərbaycan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında 58 ölkə arasında 7-ci pillədə qərarlaşıb. SİA xəbər verir ki, millinin hesabında 29 medal (4 qızıl, 9 gümüş, 16 bürünc) var. İslamiadada Türkiyə 68 medalla (43 qızıl, 24 gümüş, 11 bürünc) birincidir.