Ekrem İmamoğlu üçün bu qədər həbs cəzası istənildi

12 Noyabr 2025 02:13 (UTC+04:00)

İstanbul meri vəzifəsindən uzaqlaşdırılaraq həbs edilən Ekrem İmamoğluya qarşı korrupsiya istintaqı başa çatıb. SİA xəbər verir ki, İmamoğluya 142 müxtəlif cinayətə görə həbs cəzası istənilib. İttihamnamədə 828 ildən 2 352 ilə qədər həbs müddəti göstərilib.

Sənəddə 402 şübhəlidən 99-u təşkilatın üzvü, Ekrem İmamoğlu isə təşkilatın qurucusu və lideri kimi təsvir edilib.