...Britaniya-Macarıstan yazıçısı David Szalai “Fleş” romanına görə 2025-ci il Man Booker mükafatını qazanıb. Qalib 50.000 funt sterlinq (təxminən 63.000 dollar), satışların artması və beynəlxalq diqqət qazanıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə DW yazır.
51 yaşlı müəllif beş finalçını geridə qoyub. Onun minimalist romanı macar immiqrantının həyatını xronoloji olaraq təsvir edir: yeniyetməlik illərindən və ilk sevgi münasibətlərindən tutmuş Britaniyadakı immiqrantın çətin həyatına və London elitası arasında işləməsinə qədər.
Szalai qeyd edib ki, müasir Avropanın mədəni və sosial ziddiyyətlərini əks etdirən "macar başlanğıcı və ingilis sonluğu olan" bir hekayə yaratmağı hədəfləyib.
Yazıçı Kanadada anadan olub, Böyük Britaniyada böyüyüb və Vyanada yaşayır.
"Fleş" müəllifin altıncı romanıdır.
O, əvvəllər 2016-cı ildə "All That Man Is" əsəri ilə Man Booker mükafatına namizəd göstərilib.
2025-ci ilin qısa siyahısına aşağıdakılar da daxildir:
-Endryu Miller - "Qışda torpaq"
-Kiren Desai - "Sonia və Sanninin tənhalığı"
-Syuzan Çoy - "Fənər"
-Keti Kitamura - "Dinləmə"
-Ben Markovitz - "Həyatımızın Qalan hissəsi"
Nazlı Almuradova