Türkiyə və Gürcüstanın XİN başçıları arasında telefon danışığı olub

11 Noyabr 2025 19:32 (UTC+04:00)

Türkiyə və Gürcüstanın xarici işlər nazirləri Hakan Fidan ilə Maka Boçorişvili arasında telefon danışığı olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, danışıq zamanı Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğrayan Türkiyəyə məxsus hərbi yük təyyarəsi ilə bağlı həyata keçirilən axtarış-xilasetmə işləri barədə məlumat mübadiləsi aparılıb.

Gürcüstanın xarici işlər naziri Boçorişvili hadisə ilə əlaqədar Türkiyəyə başsağlığı verib.