Türkiyə Milli Müdafiə Nazirliyi: Qəzaya uğrayan təyyarədə 20 nəfər olub

11 Noyabr 2025 18:42 (UTC+04:00)

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus və Gürcüstan ərazisində qəzaya uğrayan “C130” hərbi nəqliyyat təyyarəsində ümumilikdə 20 nəfər olub.

SİA xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

Ramin Abdullayev