Elvin Cəfərquliyev Azərbaycan millisinin heyətindən çıxarılıb

11 Noyabr 2025 17:26 (UTC+04:00)

Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, AFFA-dan verilən məlumata görə, yığmanın futbolçusu Elvin Cəfərquliyev yüksək bədən temperaturu səbəbindən heyətdən çıxarılıb.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də 8-ci kilometr qəsəbə stadionunda İslandiya, noyabrın 16-da isə Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.