Türkiyədə helikopter qəzaya uğradı

11 Noyabr 2025 16:18 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələrinə aid olduğu güman edilən hərbi helikopter Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayıb. SİA xəbər verir ki, bu barədə Gürcüstanın “İmedi” telekanalı məlumat yayıb. Gürcüstanın müvafiq qurumlarından hələlik rəsmi məlumat yoxdur. Qəza nəticəsində ölən və ya yaralananların olub-olmadığı da məlum deyil.