"Fənərbağça” UEFA-ya şikayət etdi

11 Noyabr 2025 14:43 (UTC+04:00)

"Fənərbağça” UEFA-ya Niderlandlı hakim Allard Lindhutun hərəkətləri ilə bağlı rəsmi şikayət ünvanlayıb. SİA xəbər verir ki, bu barədə klubun saytında yayılan açıqlamada deyilir: “Biz rəsmi olaraq UEFA-ya “Viktoriya Plzen”lə matçda hakim Allard Lindhutun qərarları ilə bağlı müraciət etdik. Şikayətimizdə UEFA-dan hadisələri ciddi və təcili şəkildə araşdırmasını, hakimlərin oyundakı idarəetmə tərzini və səhv qərarlarının nəticəyə birbaşa təsirini nəzərə almasını xahiş edirik. Rəsmi proses UEFA tərəfindən başladılıb və araşdırmanın gedişi barədə ictimaiyyət məlumatlandırılacaq”.

Qeyd edək ki, 4 turdan sonra “Fənərbağça” Avropa Liqasında 7 xalla turnir cədvəlində 15-ci yerdədir.