"Barselona”nın qapıçısı Joan Qarsiya komanda ilə məşqlərə qayıdıb. SİA xəbər verir ki, 24 yaşlı qolkiper sentyabrın sonunda sol dizinin daxili meniskinin yırtılması səbəbilə artroskopik əməliyyat keçirmiş və o vaxtdan bəri meydana çıxmamışdı. Qarsiyanın noyabr beynəlxalq fasiləsindən sonra meydana qayıdacağı gözlənilir. O, 2025-ci ilin yayında “Espanyol”dan “Barselona”ya transfer olunub. Qarsiya “blauqrana”nın heyətində 7 rəsmi oyunda iştirak edib və 5 qol buraxıb.