Sabah avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, noyabrın 12-də ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı gözlənilir.