İmişlidə beş mərtəbəli binada yanğın baş verib

11 Noyabr 2025 12:25 (UTC+04:00)

İmişli rayonu ərazisində yerləşən beş mərtəbəli binada yanğın hadisəsi qeydə alınıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə saat 12 radələrində İmişli şəhəri Nəcməddin Savalanov küçəsində yerləşən beş mərtəbəli binanın 5-ci mərtəbəsində yaşayış olmayan mənzildə qeydə alınıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə xidmətinin İmişli rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülüb və yanğın söndürülüb.

Hadisə nəticəsində ümumilikdə 2 kvadratmetr sahə yanıb, bina yanğından mühafizə edilib.

Faktla bağlı araşdırma aparılır.