Polis qanunsuz saxlanılan odlu silah-sursat aşkar edib

11 Noyabr 2025 09:56 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirləri davam etdirirlər. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, noyabrın 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 tüfəng aşkar edərək götürüblər.