Ötən gün cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb

11 Noyabr 2025 09:31 (UTC+04:00)

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, noyabrın 11-də ölkə ərazisində qeydə alınan 26, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.