Ağ Ev administrasiyası hökumətin yenidən açılması planını dəstəkləyib

10 Noyabr 2025 21:20 (UTC+04:00)

Ağ Ev administrasiyası hökumətin yenidən açılması planını dəstəkləyərək, Senatdakı son səsverməni şatdauna son qoymaq üçün müsbət irəliləyiş adlandırıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Ağ Evdən verilən bəyanatda bildirilir ki, Prezident Tramp ilk gündən Demokratlar Partiyasının bağladığı hökumətin yenidən açılmasını istəyib."Senatdakı səsvermə müsbət bir inkişafdır və biz onun irəliləyəcəyini səbirsizliklə gözləyirik”, - deyə bəyanatda bildirib.

Nümayəndələr Palatasının keçirəcəyi səsvermədən sonra bu həftə ərzində ABŞ-da şatdauna son qoyulacağı gözlənilir.