VII İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib

10 Noyabr 2025 20:29 (UTC+04:00)

Növbəti İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi ölkə bəlli olub.

SİA xəbər verir ki, bu barədə açıqlamasında Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.

O, VII İslamiadaya 2029-cu ildə Malayziyanın ev sahibliyi edəcəyini bildirib.

Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları hazırda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilir.