"Real"ın əsas qapıçısı zədələnib

10 Noyabr 2025 17:20 (UTC+04:00)

İspaniyanın "Real" klubunun əsas qapıçısı Tibo Kurtua zədələnib. SİA xəbər verir ki, bu barədə Madrid təmsilçisi məlumat yayıb.

33 yaşlı qolkiperin sağ ayağındakı əzələsində problem aşkarlanıb.

Belçikalı oyunçunun müalicəsinə başlanılıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil.