Cüdo üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinala vəsiqə qazanıb. SİA-nın məlumatına görə, yığma qarışıq komanda yarışının 1/4 finalında Səudiyyə Ərəbistanı seçməsi ilə üz-üzə gəlib.
Azərbaycan millisi rəqibini üstələyərək (4:0) yarımfinala yüksəlib.
Yığma növbəti raundda Qazaxıstanla qarşılaşacaq.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.