Avtomobil ağaca çırpılıb, ölən və yaralanan var

10 Noyabr 2025 13:50 (UTC+04:00)

Qubada avtomobili ağaca çırpılıb. SİA-nın verdiyi məlumata görə, Quba-Xaçmaz avtomobil yolunun, Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, toy karvanında olan "VAZ-2107" markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.

Yaralı Quba rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağli araşdırma aparılır.