Şahbuzda 66 yaşlı kişi arı sancması nəticəsində öldü

10 Noyabr 2025 12:33 (UTC+04:00)

Şahbuzda 66 yaşlı kişi arı sancması nəticəsində ölüb. SİA xəbər verir ki, hadisə ötən gün rayonun Kükü kəndində baş verib.

Məlumata görə, kənd sakini, 1959-cu il təvəllüdlü Aftandil Hüseynqulu oğlu Həsənovu qızının yaşadığı evdə arı sancıb.

A. Həsənov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.