Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

10 Noyabr 2025 11:23 (UTC+04:00)

Kanadanın Ontario əyalətində yerləşən Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Kanadadakı səfirliyinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, Niaqara şəlaləsi 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə xüsusi dizaynla Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.