Aleksey İsayev "Sabah"in heyətində 100-cü çempionat oyununu keçirib. SİA xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XI turuna təsadüf edib.
O, "Kəpəz"ə qalib gəldikləri səfər görüşündə (3:1) sonradan meydana çıxıb.
2020-2023-cü illər aralığında da Bakı təmsilçisində oynayan, cari mövsümün gedişində kluba dönən İsayev 100 oyunda 11 qol vurub.
Qeyd edək ki, Aleksey İsayev "Sabah"dan başqa "Sumqayıt" və "Qarabağ"da da çıxış edib. O, Premyer Liqada ümumilikdə 182 oyunda 12 dəfə fərqlənib.