Bratislava yaxınlığında iki qatar toqquşub, xəsarət alanlar var

10 Noyabr 2025 01:09 (UTC+04:00)

Slovakiyanın paytaxtı Bratislava yaxınlığında iki qatar toqquşub, xeyli sayda yaralı var.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə TASR xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, artıq polis və təcili yardım xidmətləri hadisə yerindədir.

Mümkün itkilər barədə məlumat verilmir.