Yeni Model Y brendin ən qənaətcil krossoveridir…

9 Noyabr 2025 22:25 (UTC+04:00)

...Tesla Model Y modelləri sırası yeni Long Range RWD modeli ilə genişləndirilib. Bu elektrik krossoverinin yürüşü 800 km-dən çoxdur.

SİA xəbər verir ki, CarNewsChina-nın məlumatına görə, yeni Tesla Model Y Long Range RWD Çində debüt edib və orada 40.400 dollardan başlayan qiymətlərlə satışa çıxarılıb. Tesla Model Y Long Range RWD elektrik avtomobili Model 3+ sedanının güc aqreqatından istifadə edir.

O, arxa oxda tək 302 at gücündə mühərrikdən və LG Energy Solution-un 78,4 kVt/saat batareyasından ibarətdir.

İddia edilən yürüşü CLTC dövrünə görə 821 km-dir. Avropa WLTP standartına görə, bu, daha azdır - 656 km.

Hər halda, bu, krossoverin ən uzun yürüşü versiyasıdır.

Lakin performans dəyişməz olaraq qalır.

100 km/saat sürətlənmə 5,6 saniyə çəkir və maksimal sürət 201 km/saat ilə məhdudlaşır.

Yeni Tesla Model Y Long Range RWD elektrik krossoveri görünüş və interyer baxımından standart 2025 modelinə bənzəyir.

Hal-hazırda yalnız 4,8 metrlik qısa versiyada təklif olunur (uzadılmış altı yerlik versiya Çində də mövcuddur).

Nazlı Almuradova