Azərbaycanın dörd boksçusu finala çıxıb, ikisi bürünc medal qazanıb

9 Noyabr 2025 22:11 (UTC+04:00)

Azərbaycanın daha iki boksçusu Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Nərgiz Zeynalova (54 kiloqram) və Səidcəmşid Cəfərovdan (80 kiloqram) sonra Aynur Mikayılova (57 kiloqram) və Məhəmmədəli Qasımzadə (60 kiloqram) də qızıl medal uğrunda döyüşmək hüququ qazanıblar.

Finalda N. Zeynalova Ayşən Taşkınla (Türkiyə), A. Mikayılova Xumorabonu Mamajanova (Özbəkistan) ilə, M. Qasımzadə Madiyar Daniyarovla (Özbəkistan), S. Cəfərov isə Sultan Osmanlı (Türkiyə) ilə qarşılaşacaq.

Qeyd edək ki, yarımfinalda uduzan Fatimə Mehdiyeva (65 kiloqram) və Sərxan Əliyev (70 kiloqram) isə bürünc medalla kifayətləniblər.