A Seriyası: "Napoli" “Bolonya" ilə oyunda xalsız qalıb

9 Noyabr 2025 21:10 (UTC+04:00)

İtaliya A Seriyasında XI turun oyunlar keçirilir.

SİA xəbər verir ki, “Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqibi “Napoli” səfərdə “Bolonya” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Neapol klubu 22 xalla 2-ci, “Bolonya” isə 21 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” noyabrın 26-da Liqa mərhələsinin V turunda səfərdə “Napoli”nin qonağı olacaq.