Belarusda yeni cərimə tətbiq olunacaqmı?

9 Noyabr 2025 23:34 (UTC+04:00)

...Belarusda yetkinlik yaşına çatmayanlar üçün elektron siqaret sistemlərinin, mayelərin və siqaretlərin alınmasına görə onlara spirtli içki almağa görə tətbiq edilən cəzalara bənzər inzibati cəzaların tətbiqi nəzərdən keçirilir.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi Aleksandr Bliznyuk bildirib.

Bliznyukun sözlərinə görə, gənclər arasında elektron siqaret sistemlərinin istifadəsi ciddi problemə çevrilib.

Veyplər çox vaxt ənənəvi siqaretlərə təhlükəsiz alternativ kimi qəbul edilir. Bu cihazları əldə etmək üçün yetkinlik yaşına çatmayanlar tez-tez cinayət törədirlər: veyp sistemləri bu il 13 soyğunçuluğun obyekti olub.

Mövcud qaydalara əlavə olaraq, hazırda yetkinlik yaşına çatmayanlar üçün veyp almağa görə yuxarıda qeyd olunan cəzaların tətbiqi təklif olunur.

Bliznyukun dediyi kimi, bu, çox güman ki, İnzibati Xətalar Məcəlləsinin mövcud 19.4-cü maddəsinə - "Yetkinlik yaşına çatmayan şəxsi antisosial davranışa cəlb etmək"ə (hazırda uşaqlara və yeniyetmələrə spirtli içki almağa görə cəza vermək üçün istifadə olunur) əsaslanacaq. Bu cinayətə görə maksimum cəza hazırda 1260 rubl təşkil edən 30 baza vahidi məbləğində cərimədir.

Əli Babayev