Ukraynanın qara siyahıya saldığı aktyor öldü

9 Noyabr 2025 14:16 (UTC+04:00)

Rusiyalı tanınmış aktyor Vladimir Simonov 69 yaşında vəfat edib. SİA xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Onun iki ildir ürək çatışmazlığı ilə müşayiət olunan hipertoniyadan əziyyət çəkdiyi bildirilib.

Qeyd edək ki, Vladimir Simonov “Kordon. Tayqa romanı”, “Rjevskiy Napoleona qarşı” kimi məşhur filmlərdə rol alıb. Aktyor Krımda film çəkilişlərinə qatıldığı üçün Ukraynanın "Mirotvorets" (myrotvorets.center) bazasına daxil edilmişdi.