Azərbaycan əsilli polis Ukraynada öldürüldü

9 Noyabr 2025 12:05 (UTC+04:00)

Ukrayna Milli Polisinin Dnepropetrovsk üzrə idarəsinin mayoru, Azərbaycan əsilli Qurbanov Çingiz Sahib oğlu Donetsk vilayətində həlak olub. SİA-nın məlumatına görə, 42 yaşlı Çingiz Qurbanov Donetsk vilayətində xidməti məzuniyyət zamanı dron hücumuna məruz qalıb və hadisə yerində həlak olub. S. Qurbanov Ukraynanın Dnepropetrovsk vilayətinin Kirovoy-Roq şəhərində doğulub, böyüyüb.