Milli Kitabxanada Dövlət Bayrağı Günü ilə bağlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

9 Noyabr 2025 11:47 (UTC+04:00)

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. SİA xəbər verir ki, bayram münasibətilə Milli Kitabxanada “9 noyabr - Azərbaycan Respublikası Dövlət Bayrağı Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Virtual sərgidə Dövlət Bayrağı Günü ilə bağlı rəsmi sənədlər, fotolar, üçrəngli bayrağımızın elan olunduğu gündən bu günə qədər keçdiyi yol və milli bayrağımızın bütöv Azərbaycan üzərində qürurla dalğalanmasından bəhs edən məqalələr, Azərbaycan və xarici dillərdə kitablar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.