Rusiyada güclü partlayışlar baş verdi

9 Noyabr 2025 08:02 (UTC+04:00)

Voronejdə baş verən partlayışlar şəhərin bir rayonunda elektrik enerjisinin kəsilməsinə səbəb olub. Bölgəyə hava hücumundan müdafiə sistemi yerləşdirilib. SİA xəbər verir ki, bu barədə qubernator Aleksandr Qusev "Telegram" kanalında paylaşım edib.

O bildirib ki, raket təhlükəsi aradan qaldırılıb, lakin PUA (pilotsuz uçuş aparatı) təhlükəsi hələ də davam edir. Yerlı sakinlərin "Shot" nəşrinə verdiyi məlumata görə, təxminən saat 04:30 radələrində şəhərin kənarlarında azı 5–6 güclü partlayış səsləri eşidilib. Şahidlər həmçinin səmada parlaq işıq saçmaları gördüklərini bildiriblər. Hazırda hücumun nəticələri barədə rəsmi məlumat yoxdur.

Qubernator sakinlərə evlərindən çıxmamağı, pəncərəsiz otaqlarda sığınmağı, küçədə olanlara isə ən yaxın binaya və ya sığınacağa girməyi tövsiyə edib.