...Görünür, ədalətin onun xeyrinə dəyişdiyini hiss edən Bleyk Layvli, iddianı qaldırmaq qərarına gəlib. O, Castin Baldoninin böhtan kampaniyası nəticəsində 161 milyon dollar təzminat tələb edib (onun ilkin iddiası 75.000 dollar tələb edirdi).
SİA-nın məlumatına görə, “Variety” xəbər verir ki, aktrisanın vəkillərinin sözlərinə görə, Layvli müqavilələrin pozulması, gələcək film layihələrinin itirilməsi və Bleyk Braun gözəllik brendinin və Betti Buzz/Betti Booze içki xəttinin satışlarının azalması səbəbindən pul itirib.
Layvli və Baldoni məhkəməsinin 2026-cı ilin mart ayında başlaması planlaşdırılır. Məlumata görə, işdə həssas məlumatlara sahib ola biləcək çoxsaylı Hollivud məşhurları iştirak edir.
Onların arasında Teylor Svift, Emili Blant, Hyu Cekman, Cici Hadid və Sony Film rəhbəri Tom Rotman da var.
Nazlı Almuradova