Azərbaycanın daha bir boksçusu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.
SİA xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Qasımzadə 1/4 finalda uqandalı Cimmi Adrikonu 5:0 hesabı ilə üstələyib. İdmançımız yarımfinala vəsiqə qazanmaqla özü üçün ən azı bürünc medalı da təmin edib.
Daha əvvəl Səidcəmşid Cəfərov (80 kiloqram) yarımfinala vəsiqə qazanıb.
Bu gün, həmçinin Sərxan Əliyev (70 kiloqram) də rinqə çıxacaq.