Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar paytaxtda keçirilən kütləvi-mədəni bayram tədbirləri və şəhər gəzintisi nəzərə alınaraq, “Bakı Metropoliteni” QSC iş rejimini 1 saat uzadacaq.
SİA-nın məlumatına görə, QSC-dən bildirilib ki, Bakı metropoliteninin bütün stansiyaları gecə saat 01:00-dək sərnişinlərin girişinə açıq olacaq.