...Şahzadə Harrinin həyat yoldaşı, Sasseks hersoginyası Meqan Marklın kinoya qayıtması onların yaxınlaşan ayrılığının əlaməti ola bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Radar Online yazır.
Noyabrın 5-də Meqan Markl Los-Ancelesdə "Queer as Folk" komediyasının çəkilişləri zamanı görüntülənib. Rejissoru Ceyson Orli olan yeni filmdə Lili Kollins, Cek Kueyd, Bri Larson və Henri Qoldinq rol alıblar.
"Variety"nin məlumatına görə, Sasseks hersoginyası kiçik bir ikinci dərəcəli rolda olacaq.
Komediya Santa Barbarada təsadüfən məşhur ər-arvadla dostlaşan adi bir cütlükdən bəhs edir.
Qeyd edək ki, Meqan Markl sonuncu dəfə 2018-ci ildə "Suits" serialında dramatik aktrisa kimi ekrana çıxıb.
O, 2017-ci ilin noyabrında Şahzadə Harri ilə nişanlanması rəsmi olaraq elan olunmazdan əvvəl aktyorluqdan fasilə verib. Markl daha sonra "Harri ilə bir komanda olaraq işləmək" üçün artıq filmlərdə rol almayacağını açıqlayıb.
Bu arada, Radar Online-ın insayderləri Sasseks hersoginyasının aktyorluğa qayıtmasını cütlüyün ayrıldığına işarə adlandırıblar.
…Aralarındakı münasibət dəyişib. Harri açıq şəkildə narahatlığını ifadə edir, lakin gizli şəkildə aralarındakı məsafədən əziyyət çəkir. Meqanın Hollivuda qayıtması, onunla və ya onsuz irəliləyəcəyinə dair bir bəyanat kimi görünür..?
Karyerasında fasilədən bəri Markl bir neçə sənədli film çəkib və özünün "Sev, Meqan" adlı kulinariya şousunu təqdim edib. Bu arada, 2022-ci ildə Netflix Şahzadə Harrinin həyat yoldaşı tərəfindən istehsal olunan "Mirvari" cizgi serialını ləğv etdi. Serialda məşhur qadınların tərcümeyi-hallarından ilham alaraq həyatın çətinliklərini dəf edən 12 yaşlı bir qız haqqında danışılır.
Əvvəllər Şahzadə Harri və Meqan Marklın süni intellektin inkişafını məhdudlaşdırmağa çağıran elm adamları və ictimai xadimlər koalisiyasına qoşulduqları bildirilirdi. Onlar bunun bəşəriyyəti xilas edəcəyinə inanırlar.
Nazlı Almuradova