20 ildən sonra Moskvada 20 faiz rus qalacaq..?

8 Noyabr 2025 18:14 (UTC+04:00)

Əvvəl xatırladım ki, SİA bu barədə dünən də yazmışdı.

Belə ki, ruslar indidən “qan ağlamağa” başlayıblar...

Niyə?

Deyilənlərə görə, Moskvada slavyan əhalisinin payı 2045-ci ilə qədər 20 faizə düşə bilər.

SİA xəbər verir ki, Postnews-a görə, bu məlumatlar genetik və doktorluq namizədi Konstantin Kitaev tərəfindən sitat gətirilib.

Ekspert izah edib ki, slavyan əhalisinin azalmasının səbəbi demoqrafik tendensiyalar olacaq.

…Ruslar arasında çoxuşaqlı ailələrin sayı 50 il əvvəlki ilə müqayisədə nəzərəçarpacaq dərəcədə azalıb.

Bu arada, MDB və Qərbi Asiyada əksinə, təbii əhali artımı müşahidə olunur və bu insanların əhəmiyyətli bir hissəsi son illərdə Rusiyaya köçüb.

Bunu da Kitaev bildirib.

Onun sözlərinə görə, hazırda vəziyyət geri dönür. Çox şey dövlətin gələcək demoqrafik siyasətindən və iqtisadi şəraitindən asılıdır ki, bu da miqrasiya axınlarını və əhali strukturunu dəyişdirə bilər.

Daha əvvəl Rusiya Elmlər Akademiyası Rəyasət Heyətinin üzvləri demoqrafik məsələlərə həsr olunmuş xüsusi iclas keçiriblər.

Belə görünür ki,..ruslar üçün işlər yaman "fıyıq"dır?

Əli Babayev