Misli Premyer Liqasının XI turunda növbəti oyun keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, "Zəfər turu" çərçivəsində "Araz-Naxçıvan" və "Karvan-Yevlax" komandaları üz-üzə gəlib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüş Naxçıvan klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Araz-Naxçıvan” 19 xalla 5-ci, qonaqlar isə 5 xalla 11-ci yerdədir.
Günün ikinci qarşılaşamasında "Zirə" evdə "Turan Tovuz"u qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq oyun saat 18:44-də start götürəcək. "Zirə" 19 xalla 4-cü, Tovuz təmsilçisi isə isə 21 xalla 1-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, ötən gün "Şamaxı" "İmişli"ni (1:0), "Sumqayıt" isə "Qəbələ"ni (2:0) məğlub edib.