Azərbaycan boksçusu inamlı qələbə ilə İslamiadanın yarımfinalına yüksəlib - FOTOLAR

8 Noyabr 2025 17:08 (UTC+04:00)

Azərbaycan boksçusu Səidcəmşid Cəfərov (80 kiloqram) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib. SİA xəbər verir ki, idmançımız 1/4 finalda əlcəzairli Mustafa Abduya 5:0 hesabı ilə qalib gəlib.

S.Cəfərov yarımfinala vəsiqə qazanmaqla özü üçün ən azı bürünc medalı da təmin edib.

Qeyd edək ki, bu gün, həmçinin Məhəmmədəli Qasımzadə (60 kiloqram) və Sərxan Əliyev (70 kiloqram) də rinqə çıxacaqlar.