...Rusiya təbliğatı canlı yayımda yenidən özünü biabır edib?.. Belə ki, Kremlin əsas ruporu hesab edilən Birinci Kanalda aparıcı Hollivud aktrisası Ancelina Colinin səfəri haqqında reportaj hazırlayarkən təsadüfən Xersonu Ukrayna şəhəri adlandırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu hadisəni ukraynalı jurnalist Denis Kazanski qeyd edib.
Kazanski bildirib ki, indi hətta Rusiya federal kanalları belə Rusiya Federasiyasından işğal olunmuş şəhərləri "sifarış etməyə" başlayır.
Ukraynalı jurnalist özünün Telegram kanalında yazıb ki, Rusiya Birinci Kanalı Xersonu Rusiya Konstitusiyasından silib.
Aparıcının Colinin Xersona səfərini təsvir etdiyini və şəhəri Ukrayna adlandırdığını aydınlaşdırıb.
Jurnalist vurğulayıb ki, bu cür "dil yanılmaları" Rusiyada cinayət sayılır, lakin bu halda heç bir cəza tətbiq olunmayacaq.
Əli Babayev