"Şimal-Cənub" dəhlizi çərçivəsində Rusiyadan Tehran yaxınlığındakı limana yük qatarları çatıb

8 Noyabr 2025 16:34 (UTC+04:00)

Rusiyadan ilk yük qatarı Tehran yaxınlığındakı quru limanına çatıb. SİA xəbər verir ki, bunu Rusiyanın İrandakı ticarət nümayəndəliyi məlumat yayıb.

"Rusiyadan ilk qatar İranın Aprin quru limanına gəlib. Bu göndəriş "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi üzrə logistika xidmətlərinin inkişafında mühüm mərhələdir. Sulfat sellülozu ilə dolu 62 konteynerdən ibarət qatar quru limanına çatıb. Tranzit müddəti 13 gün təşkil edib", - məlumatda qeyd olunub.

Ticarət nümayəndəliyinin bildirdiyinə görə, Aprin İranın "Şərq-Qərb" və "Şimal-Cənub" dəmir yolu dəhlizlərinin kəsişməsində yerləşən müasir multimodal logistik habdır.