Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycana 22,5 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib. SİA xəbər verir ki, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 18 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstanın əczaçılıq məhsulları ixrac etdiyi ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 110 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları satıb ki, bu da bir il əvvəlki göstəricidən 22 % çoxdur.
Bu ilin ilk 9 ayında Gürcüstan Özbəkistana 57,7 milyon ABŞ dolları, Ermənistana 8,65 milyon ABŞ dolları, Tacikistana 3,58 milyon ABŞ dolları, Belarusa 3,52 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları satıb.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 141,5 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib ki, bunun da 28,1 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.