Bakıda Hərbi paradda ilk dəfə insansız sistem qoşunlarının parad heyəti keçib

8 Noyabr 2025 14:39 (UTC+04:00)

Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda ilk dəfə ən müasir qoşun növü olan insansız sistem qoşunlarının parad heyəti keçib. SİA xəbər verir ki, parad heyətinə "Vətənə xidmətə görə" ordenli Adəm Hüseynov başçılıq edib.