Zəfər Günündə Qarsda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb - FOTOLAR

8 Noyabr 2025 14:32 (UTC+04:00)

Noyabrın 8-də bir qrup diplomat, Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, hərbçilər və ictimaiyyət nümayəndələri Qars şəhərindəki Heydər Əliyev Parkını ziyarət edərək Azərbaycan dövlətçiliyinin memarının abidəsi önünə gül dəstələri qoyublar. SİA xəbər verir ki, Ulu Öndərin abidəsini ziyarət 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsinin beşinci ildönümünə təsadüf edib.

Tədbir iştirakçıları Azərbaycanın Ümummilli Liderinin və şəhidlərin xatirəsini ehtiramla yad ediblər.