Azərbaycanın cüdoçusu Hidayət Heydərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib. SİA xəbər verir ki, 1/8 finalda mərhələsində Cibutidən olan Aden-Alexandre Huseyn Muhammedi 1:0 hesabı ilə üstələyərək titullu idmançımız adını növbəti raunda yazdırıb.
H.Heydərov 1/4 finalda Qambiyalı Faye Alek Njiedən də üstün olub.
Qeyd edək ki, Azərbaycan yarışda 20 növdə 174 idmançı ilə təmsil olunur.