Bakıda JF-17 qırıcılarının səsinə qərq olan səmanı seyr etmək qürurlu görüntüdür - Şahbaz Şərif

8 Noyabr 2025 14:12 (UTC+04:00)

Bakıda JF-17 qırıcılarının səsinə qərq olan səmanı seyr etmək qürurlu görüntüdür. SİA xəbər veriur ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif Bakıda keşirilən hərbi paraddakı çıxışında deyib.

O, 44 günlük müharibədə əldə edilmiş şanlı qələbənin 5-ci ildönümünün qürurla qeyd olunduğunu vurğulayıb:

"Azərbaycan və türk qardaşlarının arxasında marşla gedən müzəffər silahlı qüvvələrimizi görmək, möhkəm dostluğumuzun rəmzi olan JF-17 qırıcı təyyarələrin gurultulu səsinə qərq olan səmanı seyr etmək qürurlu görüntüdür".