Baş Prokurorluğun tələbi ilə İstanbul məhkəməsi İsrail Baş naziri Binyamin Netanyahu, Müdafiə naziri Yisrael Katz, hökumətin və hərbi rəhbərliyin digər 35 üzvü üçün həbs qərarı verib.
SİA xəbər verir ki, Deutsche Welle-nin məlumatına görə, bu barədə ofisin sosial mediasında mətbuat açıqlaması yerləşdirilib.
Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir, Baş Qərargah rəisi Eyal Zamir və İsrail Hərbi Dəniz Qüvvələri komandanı David Sa'ar Salam üçün də həbs qərarı verilib.
Onlar insanlığa qarşı cinayətlərdə və soyqırımda ittiham olunurlar.
...İsrail Dövləti Qəzzada sistematik şəkildə soyqırım törədir, qadın və uşaqlar da daxil olmaqla minlərlə insanın ölümünə, minlərlə insanın yaralanmasına və yaşayış məntəqələrinin yaşayış üçün yararsız hala düşməsinə səbəb olan insanlığa qarşı cinayətlər törədir.
Bu, ofisin açıqlamasında deyilir.
Əli Babayev