Dövlət Komitəsi “Biz suveren Azərbaycanıq” adlı fləşmob keçirib

8 Noyabr 2025 13:37 (UTC+04:00)

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, işğaldan azad olunmuş rayonlarda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin dəstəyi ilə “Biz suveren Azərbaycanıq” adlı fləşmob keçirilib. SİA xəbər verir ki, Dövlət Komitəsinin verdiyi məlumata əsasən fləşmobun qayəsi “Doğma yurd, adın adımdır! Qürurum, fərəhim, varlığımsan!”dır.

Fləşmobda Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına əsasən işğaldan azad edilmiş ərazilərə köçmüş sakinlər iştirak ediblər.

Fləşmobun videoçarxını təqdim edirik.