Litva ABŞ vasitəsilə Lukaşenkoya təzyiq göstərilməsinə çağırır...

8 Noyabr 2025 20:53 (UTC+04:00)

...Belarusla sərhədin bağlı olması səbəbindən Litva yük maşınları həmin ölkədə ilişib qalıb.

SİA xəbər verir ki, LRT-nin məlumatına görə, müxalifət Mühafizəkarlar Partiyasının lideri Laurynas Kaşçiunas hökuməti ABŞ-dan kömək istəməyə çağırır.

Onun sözlərinə görə, Vaşinqton və Minsk son zamanlar münasibətləri normallaşdırmağa çalışırlar və bu, Litvaya da fayda verə bilər.

...Biz, belə desək, münasibətlərin istiləşməsi prosesinin - bəlkə də bir az ucadan danışıram - təmin edilməsi üçün əlimizdən gələni etməliyik, amma biz bir dövlət olaraq bu cəhddən Amerika ilə Belarus arasında milli maraqlarımız naminə yeni bir fəsil açmaq üçün istifadə edirik. Bu nə deməkdir? Əvvəla, yük maşınlarını geri qaytarmaq, ikincisi, şarları dayandırmaq, - deyə parlament üzvü cümə günü Žinių radijas-da bildirib.

...Amerikalıların lazımi təsir gücü, kifayət qədər gücü və əlbəttə ki, danışıqlar üçün diplomatik potensialı var. Bu, bizim diplomatiyamızın vəzifəsidir, - deyə o əlavə edib.

Xatırladaq ki, Litva Belarusdan hava şarlarının hava limanının işini pozması səbəbindən 30 noyabra qədər Belarusla sərhədini bağladı.

Şalçininkay sərhəd keçid məntəqəsi tam işlək vəziyyətdə deyil, lakin Litva yaşayış icazəsi sahibləri də daxil olmaqla, müəyyən kateqoriyalı insanlar Medininkay vasitəsilə geri qayıda bilərlər.

Əli Babayev