Azərbaycan Həndbol Federasiyasının rəsmisi Türkiyə klubunun oyununa təyinat alıb

8 Noyabr 2025 12:46 (UTC+04:00)

Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov yeni təyinat alıb. SİA xəbər verir ki, o, qadınlar arasında Avropa Kubokunun üçüncü mərhələsinin “Bursa Böyükşəhər Bələdiyyəspor” - “AEK Afina” görüşündə Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi olacaq.

Türkiyə və Yunanıstan təmsilçilərinin oyunu noyabrın 9-da Bursa şəhərinin “Nilüfər Bələdiyyə” idman kompleksində keçiriləcək. Qarşılaşmanı Monteneqrodan olan hakimlər briqadası idarə edəcək.